Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

PSJ futbolçularının zədələnməsinə görə Fransa millisini günahlandırdı

Tarix: 07-09-2025 17:18     Baxış: 3111 A- / A+
PSJ futbolçularının zədələnməsinə görə Fransa millisini günahlandırdıPSJ Fransa millisində çıxış edən futbolçuları Osman Dembelenin və Dezir Duenin zədələnməsinə görə milli komandaya etiraz edib.Manevr.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə rəsmi açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, Dembelenin və Duenin zədəsi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa və Ukrayna yığmaları arasında keçirilən oyunda alınıb. Bunun ardınca PSJ Fransa Futbol Federasiyasına məktub göndərərək klub və yığma arasında yeni idman-tibbi koordinasiya protokolunun hazırlanmasını, prosesin daha şəffaf olmasını, futbolçuların sağlamlığına və tibbi müşayiətinə üstünlük verilməsini tələb edib.
Klub vurğulayıb ki, hələ yığmanın toplanışından öncə federasiyaya futbolçuların icazə verilən yüklənməsi və zədə riskləri ilə bağlı materiallar təqdim edilib. Lakin bu tövsiyələr nəzərə alınmayıb və klubla məsləhətləşmələr aparılmayıb.
"Son hadisələr həm ciddi, həm də qarşısı alına bilən məqamlar olduğuna görə təcili tədbirlər görülməlidir. Klub futbolçuların və bütün peşəkar futbolun maraqları naminə bu işə fəal şəkildə töhfə verməyə hazırdır", deyə Paris təmsilçisinin açıqlamasında bildirilir.
Məlumata görə, Osman Dembele təxminən altı həftə, Dezir Due isə dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar