Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" bu futbolçu üçün 2,5 milyon təklif edir, klubu 5 milyon istəyir

Tarix: 01-09-2025 11:15     Baxış: 397 A- / A+

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ” heyətini gücləndirmək niyyətindədir. Ağdam təmsilçisi Fransanın "Loryen” klubundan Sambou Soumanonu heyətə qatmaq istəyir. 
Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ” 2,5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib. 

Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmır. Onlar S.Soumano üçün 5 milyon və müxtəlif bonuslar istəyiblər. 


"Loryen” hücumçunun "Qarabağ”da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib. 

Bu səbəbdən hələ ki, transferin baş tutması real görünmür. 

Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen”ə keçib. O, bundan sonra 3 dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen” klubunda icarə əsasında çıxış edib.

Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez” və "Keviyi Ruan”da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen”ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də 3 görüşdə 1 dəfə fərqlənib. O, 2-ci turda "Renn”in qapısına yol tapa bilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar