Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar

Tarix: 26-07-2025 09:52     Baxış: 4106 A- / A+


Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal  qazandılar
Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında dörd medal qazanıb.
Manevr.az xəbər verir ki, ikinci yarış günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.
Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.
Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.
16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar