Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.
Manevr.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabı ilə üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.
Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.
Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb. Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.
Xəbər lenti
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























