Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın daha bir güləşçisi qızıl qazandı

Tarix: 11-06-2025 22:55     Baxış: 378 A- / A+



Azərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Manevr.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.
Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Milli 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar