Xəbər lenti
Çövkən üzrə Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu -FOTOLAR

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.
Manevr.az xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxıb və çövkən tarixində yeni bir səhifə açıb.
Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə - Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak ediblər.
Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar