Xəbər lenti
"Qarabağ" Azərbaycan Kubokunda mütləq rekordunun sahibidir

İndiyədək 8 dəfə Azərbaycan Kubokunun qalibi olan "Qarabağ” turnirin mütləq rekordunun sahibidir.
Manevr.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti statistika açıqlayıb.
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.
Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. "Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir.
Tarixində ilk dəfə final həyəcanı yaşayacaq "Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.
Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: "Qarabağ” – 8, "Neftçi” – 6, "Kəpəz” – 4, "Xəzər Lənkəran”, "Bakı” – 3, "Keşlə” (indiki "Şamaxı”), "Qəbələ” – 2, "İnşaatçı” B, "Şəfa” – 1.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar