Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhanənin gözündə görmə ilə bağlı problem yoxmuş - Ömürlük yarışlardan uzaqlaşdırıldı

Tarix: 10-05-2025 13:55     Baxış: 3165 A- / A+

Azərbaycan idmanında növbəti qalmaqal baş verib.
Manevr.az prosport.az-a istinadən xəbər verir ki, 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.
Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.
Həmçinin, tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub. Bu səbəbdən də Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışacaq.
Beləliklə, komandamızın lideri İlham Zəkiyevin yoxluğunda Astanada keçiriləcək dünya çempionatında İsmayıl Muradov (J1, 70 kq), Zakir Mislimov (J1, 95 kq), Elnarə Nizamlı (J2, 60 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar