Xəbər lenti
Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış paradı olub -FOTOLAR

Tədbirdən öncə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və digər rəsmi qonaqlar Ulu Öndərin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar.
Parad zamanı 20-dən çox ölkədən gəlmiş 200-dən artıq idmançı bayraqlarla yürüş edərək meydanı bəzəyib. Onlara Azərbaycan bayrağını daşıyan könüllülər və avarçəkmə simvolları ilə bəzədilmiş avtomobil müşayiət edib. Dövlət Himninin səsləndirilməsi ilə rəsmi hissə başa çatıb, daha sonra tədbir bədii proqramla davam edib.
Yarışların rəsmi açılışı aprelin 30-da Suqovuşanda keçiriləcək, 1-2 may tarixlərində isə reqata Mingəçevir “Kür” Olimpiya İdman Tədris Mərkəzində davam edəcək.
Bağlanış mərasimi mayın 2-də Mingəçevirdə baş tutacaq. Qaliblərə kuboklar təqdim olunacaq, ardınca musiqili proqram və Mərdan Kazımovun çıxışı şəhərə bayram əhvalı bəxş edəcək. Tədbir möhtəşəm atəşfəşanlıqla tamamlanacaq.
Tədbirin təhlükəsiz və nizamlı keçirilməsində Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev və Dövlət Yol Polisi rəisi Yusif Paşayevin operativ və məsuliyyətli fəaliyyəti xüsusi rol oynayıb.
Səxavət Kəlbəcərli,
Azərbaycan Jurnalistlər Birliyi və
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar