Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qəbələ-Xankəndi ultramarafonunun qalibi bəlli oldu

Tarix: 13-04-2025 14:42     Baxış: 3117 A- / A+


Qəbələ-Xankəndi ultramarafonunda dördüncü mərhələnin qalibləri müəyyənləşib.
Manevr.az xəbər verir ki, Ağdam-Xankəndi marşrutu üzrə 28 kilometr məsəfədə finişə türkiyəli Ömər Alkanoğlu birinci çatıb.
İkinci yeri Türkiyə təmsilçisi Üzeyir Söyləməz, üçüncü yeri isə gürcüstanlı Georgi Lomidze tutub.
Xanımlar arasında birinci yeri türkiyəli Hasibə Dəniz, ikinci yer ukraynalı Oleyna Şevçenko, üçüncü yeri isə azərbaycanlı iştirakçı Leyla Abdinova tutub.
Medalçılar sonda gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təltif edilib. 192 kilometrlik marafonda üçüncü yeri tutan gürcüstanlı Georgi Lomidze (2000 manat), ikinci yeri tutan türkiyəli idmançı Ömər Alkanoğlu (3000 manat) və marafonun qızıl mükafatçısı türkiyəli Üzeyir Söyləməz (4000 manat) mükafata layiq görülüblər.
Qadınlar arasında isə bürünc medalın sahibi Mariya Kalpakova (2000 manat), gümüş medalçı Hasibə Dəniz (3000 manat), qızıl medalın sahibi isə Oleyna Şevçenko (4000 manat) olub.
Xatırladaq ki, 3 gün əvvəl Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Ultramarafon Qəbələ-Ağdaş (55 kilometr), Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr) və Ağdam-Xankəndi (28 kilometr) mərhələlərindən ibarət olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar