Xəbər lenti
Qəbələ - Xankəndi ultramarafonu başladı - FOTO

Manevr.az xəbər verir ki, startdan əvvəl yarışın açılış mərasimi keçirilib.
Daha sonra yarış açıq elan edilib. Ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 km məsafəni qət edərək, Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları Qəbələ - Ağdaş (55 kilometr), Ağdaş - Bərdə (65 kilometr), Bərdə - Ağdam (44 kilometr), Ağdam - Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar