Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Cüdo Birliyinin prezidenti “Judo Club 2012”də olub -FOTOLAR

Tarix: 03-03-2025 11:19     Baxış: 381 A- / A+
Avropa Cüdo Birliyinin (EJU) prezidenti Laszlo Toth ölkəmizdə səfərdədir. Macarıstanlı mütəxəssis səfər çərçivəsində "Judo Club 2012”nin qonağı olub.
Manevr.az xəbər verir ki, martın 2-də keçirilən görüşdə "Azman Holdinq" şirkətinin media meneceri Xanlar Məmmədov, "Judo Club 2012"nin icraçı direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov iştirak ediblər.
Fariz Hüseynov ölkəmizdə, cüdonun inkişafı üçün hər cür şəraitin olduğunu qeyd edib.
Klubun zalları və yenilənmiş infrastrukturu ilə yaxından tanış olan Laszlo Toth Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun klubda cüdonun inkişafı üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.
Bildirib ki, müasir standartlara cavab verən klubda uğurlu nəticələr əldə etmək üçün hər cür şərait var. O, söhbət zamanı Azərbaycan Cüdo Federasiyası ilə EJU arasında əlaqələrdən danışaraq bu əlaqələrin son vaxtlar daha da genişləndiyini diqqətə çatdırıb.
Dəfələrlə Azərbaycanda səfərdə olduğunu deyən L.Tothölkəmizdə cüdonun inkişafı ilə bağlı məqsədyönlü iş aparıldığını qeyd edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar