Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şahruddinə 1 milyondan çox təzminat ödənəcək

Tarix: 26-02-2025 18:41     Baxış: 329 A- / A+
Şahruddinə 1 milyondan çox təzminat ödənəcək
Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.
Ali futbol qurumu hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Hazırda maliyyə problemi ilə üzləşən "Adana Dəmirspor"un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçmişdi. O, Superliqa klubu ilə 2 illik müqavilə imzalamışdı.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar