Xəbər lenti
"Judo Club 2012": uğur üstə uğur gəlir...
Klubun qızlardan və oğlanlardan ibarət komandalari ölkə birinciliyinin qalibi oldu Azərbaycan cüdosu hazırda dinamik inkişaf edir: artıq ilin əvvəlindən idmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edir, nailiyyətləri artırırlar. Ölkəmizdə cüdonun populyarlaşmasına və inkişafına öz töhfəsini verən idman klubları arasında “Judo Club 2012”nin özünəməxsus sanballı payı vardır.
Manevr.az-a verilən məlumata görə, ötən ili 117 medalla başa çatdıran klubun idmançıları yeni mövsümə də iddialı başlayıblar. Bu günlərdə klubun üzvləri 21 yaşadək gənclər arasında ölkə birinciliyinin fərdi və komanda yarışlarında uğurlu nəticəyə nail olublar. Belə ki, fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 5 bürünc medal qazanan “Judo Club 2012” klubu oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klub həmçinin medalların sayına görə (11 medal) ilk pillədə qərarlaşıb. Fərdi yarışlarda qızıl medalları Mehdi Cəfərov (-73 kq) və Əli Qazımaqomedov (-90 kq) qazanıb. Aliyə İsmayılzadə (-48 kq), Fəqan Məmmədli (-73 kq), Tuncay Şamil (-90 kq) və Vidad Əliyev (-100 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medallara isə Xumar Qasımzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Leyla Atayeva (-63 kq), Süleyman Əliyev (-81 kq) və Şamil Qasımov (-100 kq) layiq görülüb. Fevralın 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-21 gənclər komandalarının ölkə birinciliydə “Judo Club 2012”nin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları qızıl medallara və kuboka sahib çıxıblar. Beləliklə, klubun təmsilçiləri ötən ilin dekabr ayından bu günə qədər keçirilən ölkədaxili yarışlarda ardıcıl üçüncü dəfədir ki, oğlanlar və kişilər arasında komanda yarışlarının qalibi adını qazanırlar.
Qızlardan ibarət komandalar isə bu il ardıcıl ikinci yarışdır ki, liderliyi qoruyub saxlaya bilirlər. Xatırladaq ki, ötən ilin sonunda böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında uğur qazanan klubun üzvləri kişilərin komanda yarışında birinci, qadınların mübarizəsində isə üçüncü yeri tutmuşdular. Yeni mövsümə uğurla başlayan “Judo Club 2012”nin üzvləri, həmçinin, ilin ilk sınağı olan U-18 yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarında 9 medala layiq görülüblər.
Klubun yetirmələri bu yaş qrupu üzrə həm qızlar, həm də oğlanlar arasında komanda yarışlarında çempionluğu qazanıblar. Bu möhtəşəm qələbənin ardını isə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyində 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan klubun gənc cüdoçuları davam etdirib. “Judo Club 2012”nin üzvləri 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyində 2 qızıl və 1 gümüş, Belçika açıq cüdo turnirində isə iki bürünc medala sahib olublar. Göründüyü kimi, klub nailiyyətlərini artırır, yeni çempionlar nəslinin yetirişdirilməsində fəal iştirak edir. Əlbəttə, qazanılan uğurların təməlində ölkə rəhbərliyinin idmana və idmançılara diqqət və qayğısı, Azərbaycan Cüdo Federasiyasının (ACF) kluba dəstəyi mühüm rol oynayır. Klubun dinamik, davamlı inkişafında onun təsisçisi, ACF İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun xüsusi xidmətləri vardır. Onun təşəbbüsü ilə klubun cüdo üzrə məşqçilər heyətinə adlı-sanlı tanınmış idmançılar İlqar Müşkiyev və Kifayət Qasımovanın cəlb edilməsi təqdirəlayiq haldır.
Bundan başqa, klubun üzvü Zelim Kotsoyevin ötən il həm dünya, həm də Olimpiya çempionu olması burada cüdonun sirlərini öyrənən uşaqlar və yeniyetmələr üçün təsirli motivasiya mənbəyidir. Artıq klubun üzvləri iştirak etdikləri hər bir yarışda favorit qismində göstərilir və yüksək hədəflər uğrunda mübarizə aparırlar. Gələcəkdə daha böyük uğurlara imza atmağı hədəfləyən klub rəhbərliyi yeni idmançıların yetişdirilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edəcək çempionların hazırlanması və cüdonun daha da inkişaf etdirilməsi üçün bütün zəruri tədbirləri görür. İnanırıq ki, peşəkar rəhbərlik və məşqçi kollektivinin gərgin səyi nəticəsində klubun üzvləri bu il də çempionluq imicinə sadiqliyini nümayiş etdirərək, ölkə idmanının inkişafına öz töhfələrini daha artıracaqlar.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar