Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov

Tarix: 03-02-2025 09:18     Baxış: 333 A- / A+
“Nəsə işlərimiz düz getmir” - Qurban Qurbanov
Xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Zirə"ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. "Zirə" layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

- "Qarabağ"ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.

- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

- Doğru deyil, Benzia komandadadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar