Xəbər lenti
Mingəçevirdə hərbçinin ölümü: hadisə belə olub - Video

Manevr.az Baku TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı".
Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:
"Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































