Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi

Tarix: 27-12-2025 22:01     Baxış: 3121 A- / A+
Abşeronda kişi bankomatdan pul oğurlayıb qonşulara xərclədi
Abşeronda kişi bankomatdan götürdüyü başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

İttiham aktına əsasən, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1 300 manat məbləğin əks olunduğunu görüb və "təsdiq" düyməsini basaraq pulu götürüb. Onun sözlərinə görə, həmin vəsaitlə həm öz ailəsi üçün ərzaq alıb, həm də aztəminatlı qonşularına maddi yardım göstərib.

Bu əmələ görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, bank kartını bankomata daxil edib PIN-kodu yığsa da, aparatın pul vermədiyini görərək kartını çıxarıb və ərazini tərk edib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar bankomatın ekranında qalıb. Zərərçəkən şəxs ona dəyən maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar