Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kafedə dalaşanları ayırmaq istədi: Həyatından oldu

Tarix: 18-12-2025 21:37     Baxış: 357 A- / A+
Bakıda kafedə törədilən cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.

Ölümlə nəticələnən hadisəyə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında, gecə saat 02 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil baş nahiyəsindən zərbə alıb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılaraq stasionar müalicə alsa da, bir neçə gün sonra vəfat edib.

Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, T.Şəkərovun ölümünə baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı, həmin səviyyədə baş beynin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısında əzilmiş-cırılmış yara, nəticədə baş beynin irinli iltihabı və ödem səbəb olub.

Aparılan istintaqla müəyyən olunub ki, Turana Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Musa Musayev qartalbaşlı əsa ilə zərbə endirib.

T.Şəkərov dünyasını dəyişməzdən əvvəl verdiyi ifadəsində hadisə zamanı dalaşanları ayırmağa çalışdığını bildirib. Bundan sonra Musa onu yanına çağıraraq əsası ilə qəfil başına zərbə vurub.

Məhkəmə M.Musayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli olduğunu müəyyən edib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar