Xəbər lenti
Hesabı ödəməyən şəxs məkanın solistini güllələdi: 1 ölü, 1 yaralı var
Adananın Seyhan rayonunda hesabı ödəmədiyi üçün məkandan çıxarılan şəxs, bir müddət sonra geri dönərək danışmaq bəhanəsi ilə solist Kenan Arslanı çölə çağırıb və daha sonra odlu silahla atəş açaraq onu qətlə yetirib.Hadisə Çınarlı məhəlləsi, Ziyapaşa Bulvarında yerləşən əyləncə məkanında baş verib. Hələ də kim olduğu müəyyən edilməyən şəxs əyləndiyi məkanın hesabını ödəməkdən imtina etdiyi üçün iş yerinin ortağı və solisti Kenan Arslan tərəfindən xəbərdarlıq edilib. Buna əsəbiləşən şəxs masadakı stəkan, qaşıq və bıçaqları ətrafa ataraq qalmaqal yaradıb. Daha sonra o, məkan işçiləri tərəfindən çölə çıxarılıb.
Bir müddət sonra həmin şəxs dostları ilə birlikdə məkana geri dönüb və Arslanı "danışmaq" adı ilə çölə çağırıb. Burada baş verən mübahisə zamanı şübhəli və yanındakı şəxslər tapançalardan atəş açıblar. Güllələr Kenan Arslan və Abdülhalik Denk adlı şəxsə dəyib. Hər iki yaralı qan içində yerə yıxılıb, şübhəlilər isə hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ağır yaralanan Arslan Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq əməliyyata alınıb, lakin həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Onun cəsədi məhkəmə ekspertizası üçün Adana Məhkəmə-Tibb İnstitutuna göndərilib.
Cinayət Büro Amirliyinin əməkdaşları hadisəyə qarışdığı müəyyən edilən Hüseyn Ç. və B.D.-ni saxlayıb. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































