Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi

Tarix: 04-12-2025 22:58     Baxış: 385 A- / A+
Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildiBərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib.

Rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki "Qızıl Tac" şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar.

Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Nihad ifadəsində bildirib ki, onlar sevərək ailə qurublar və gələcəkdə də birgə yaşayacaqlar. Yeniyetmə qız da Nihadı sevdiyini və ailəsinin dağılmasını istəmədiyini bildirib.

Barəsində cinayət işi açılan oğlan həmçinin qeyd edib ki, Züleyxanın valideyni onu əvvəllər qeyri-qanuni əməyə cəlb edib və hazırda da ondan ayıraraq kafedə yanında işlətmək istəyir.

Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 23 yaşlı Nihada 1 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar