Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Lerikdə dağlıq ərazidə əməliyyat: saxlanılanlar var

Tarix: 01-12-2025 12:23     Baxış: 3120 A- / A+
Lerikdə dağlıq ərazidə əməliyyat: saxlanılanlar varÖlkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar.
Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə guya sitrus meyvələrinin satışı ilə məşğul olduqlarının görüntüsünü yaradıblar.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar