Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistin maşınını vurdular - Sığorta zərəri ödəmir

Tarix: 27-11-2025 16:11     Baxış: 368 A- / A+

Jurnalistin maşınını vurdular - Sığorta zərəri ödəmir

Noyabrın 16-da jurnalist Vazeh Bəhramoğlunun (Mehdiyev) idarə etdiyi avtomobil qəzaya uğrayıb.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, jurnalist BMV markalı, 77 KR 055 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü “Bakıxanov” stansiyasına doğru hərəkət edən zaman anidən köməkçi yoldan baş yola çıxan avtomobil tərəfindən vurulub.
Vazeh Bəhramoğlu avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün Meqa Sığorta ASC-yə müraciət edib. Amma şirkət ona dəymiş ziyandan xeyli aşağı məbləğ təklif edib:
“Dəymiş ziyanın dəyərləndirilməsi, yəni təklif edilən məbləğ heç bir halda məni qane etmədiyindən hadisəni ictimailəşdirmək məcburiyyətində qaldım.
Beləliklə, Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin müvafiq rəyindən sonra baş vermiş yol qəzasında günahım olmadığı təsdiq edildi. Bundan sonra zərərin qiymətləndirilməsi üçün Meqa Sığorta ASC tərəfindən Babək prospektində yerləşən “GM Baku Center” adlı avtoservisə müraciət etməyim məsləhət olundu. Adıçəkilən ünvana getdim, sığorta şirkətinin əməkdaşı bir neçə fotoşəkil çəkdi və 1-2 gün ərzində cavab veriləcəyini bildirdi.

İki gün sonra isə Meqa Sığorta ASC-dən “Avtomobilinizə dəymiş zərər 1330 azn dəyərləndirilmişdir”, - deyə cavab aldım. Göndərilən linkə daxil olaraq bu təkliflə razılaşmadığımı, dəymiş ziyanın qeyd olunan məbləğdən artıq olduğunu bildirdim. Ardınca *8778 nömrəsi ilə əlaqə saxlayaraq bu haqda sığorta şirkətini məlumatlandırdım. Dedilər ki, qısa müddətdə müraciətimə baxılıb qərar veriləcək. Lakin üzərindən 3 gün keçsə də, heç bir cavab almadım. Odur ki, bu gün yenidən sözügedən sığorta şirkəti ilə əlaqə saxladım. Şirkətin qiymətləndirmə şöbəsindən bildirdilər ki, ilkin məbləği artırıb 1400 manat ediblər. Yəni cəmi 70 manat…
Təbii ki, bu da qaneedici deyil. Çünki təklif olunan məbləğə BMV (F30) markalı avtomobilin ön farasını, ön buferini, fara yuyanını, qabaq sağ qanadını dəyişdirmək, həmçinin dəmirçi, rəngsaz və bufer ustasına zəhmət haqqı ödəmək mümkün deyil. Müraciət etdiyim digər avtoservis və ehtiyat hissələri satışı mağazası bundan xeyli artıq qiymət müəyyən edib – təxminən 2000 manat. Avtomobildən və təmir işlərindən başı çıxanlar da bunu təsdiqləyə bilər. Lakin şirkətin nümayəndəsi buna məhəl qoymadı və təklif etdikləri məbləğdə israr etdi”.
Jurnalist sonda qeyd etdi ki, bu məsələdə nəzarətedici, istehlakçıların hüquqlarının müdafiəçisi funksiyasını yetirə yetirən Mərkəzi Banka müraciət edəcək. 

Manevr.az




 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar