Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

4 yaşlı qız diş həkimi kabinetində öldü

Tarix: 26-11-2025 22:30     Baxış: 355 A- / A+
4 yaşlı qız diş həkimi kabinetində öldüQazaxıstanın paytaxtı Astanada 4 yaşlı qız stomatoloji müalicə zamanı ölüb.

Faktla bağlı anestezioloq barəsində cinayət işi açılıb. Məlumata görə, uşağa ümumi narkoz altında eyni vaxtda 18 dişin müalicəsi aparılıb və bu, ürəyin dayanmasına səbəb olub.

İstintaq müəyyən edib ki, qızcığaz klinikaya gəlməzdən bir az əvvəl ağciyər iltihabı keçirib və onun tənəffüs funksiyaları tam bərpa olunmayıb. Bu vəziyyətdə narkozun verilməsi kəskin oksigen çatışmazlığına gətirib çıxarıb.

Mərhum qızcığazın atası bildirir ki, əvvəlcə 9–11 dişin müalicəsi müzakirə olunmuşdu, lakin həkimlər bütün 18 dişin eyni vaxtda müalicəsində israr ediblər. "Mən proseduru iki mərhələdə aparmağı təklif etdim, amma həkimlər hər şeyin bir dəfəlik edilməli olduğunu deyirdilər," — deyə ata izah edib.

Bununla belə, anestezioloq özünü təqsirli hesab etmir və tibbi standartlara uyğun hərəkət etdiyini iddia edir. Bu iş üzrə məhkəmə araşdırması davam edir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar