Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Yasamaldakı yanğına görə klinika direktoru saxlanıldı

Tarix: 23-11-2025 16:52     Baxış: 470 A- / A+



Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Manevr.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar