Sizin Reklam Burada
Xəbər lenti
21-11-2025
20-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yol polisinə tabe olmayan məmur HƏBS OLUNDU

Tarix: 21-11-2025 18:40     Baxış: 438 A- / A+
Goranboyda yol polisinə tabe olmayan sürücü həbs olunub.

Hadisə rayonun Şahməmmədli kəndi ərazisində baş verib.

 57 yaşlı Vəfadar Quliyevin (ad və soyad şərtidir) idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanı standartlara uyğun gəlmədiyi üçün yol polisi tərəfindən ona “saxla” əmri verilib. Bu zaman onunla yol polisi əməkdaşları arasında mübahisə yaranıb və o, əməkdaşa “gedin işinizlə məşğul olun, siz kimsiniz?” deyib. Daha sonra ona avtomobilinin duracağı aparılacağı bildirilib və Vəfadar yenə etiraz edərək nalayiq ifadələr işlədib. Nəticədə o, saxlanılaraq, Goranboy rayon Polis Şöbəsinə aparılıb.

Fakt əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
 Barəsində inzibati xəta üzrə icraat aparılan Vəfadar Quliyev bildirib ki, Goranboy rayon Statistika idarəsinin əməkdaşıdır:

 “Səhər saat 9 radələrinə yol polisləri mənə “saxla” işarəsi verdilər. Lakin mən avtomobili dərhal yox, 30 metr sonra saxladım. Yol polisi əməkdaşı avtomobilimin ön nömrəsi standartlara uyğun gəlmir deyəndə əsəbiləşib, dedim ki, gedin işinizlə məşğul olun siz kimsiniz? Bundan sonra aramızda mübahisə böyüdü. Qərara alındı ki, maşınımı duracağa aparsınlar. Bu zaman da etiraz edərək onların tələbinə tabe olmadım”.

Vəfadar Quliyev əməlindən çox peşman olduğunu deyib. O, aqressiv davranışını yaşı və şəkər xəstəliyi ilə əlaqələndirib.

Goranboy rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası verilib. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar