Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş...

Tarix: 19-11-2025 14:11     Baxış: 333 A- / A+
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək vatsapda üzv olduğu “Viridünyadin Lezqiyar” (Bütün dünyanın ləzgiləri) qrupuna atıb və “Ləzgistan” dövlətinə birləşdirilməsi məqsədilə həmin hərbi hissənin partladılmasına dair çağırışlar edib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tarix-Coğrafiya” müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək Azərbaycan dilində tarix fənnini tədris edib.
Qrupda “gəlin hərbi hissəni partladaq” yazan təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, şəkli göndərəndən sonra 1 ay qrupda qalıb, sonra oradan çıxıb. O, özünü göstərmək üçün belə bir addım atdığını bildirib, əslində, belə fikirdə olmadığını dilə gətirib.
Tarix müəllimi törətdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmə isə onu Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri üzrə təqsirli bilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar