Xəbər lenti
İnsult keçirən Əhməd Orucun evi qarət edildi
İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib.Manevr.az xəbər verir ki, bu barədə lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib.
"Evimiz "Şamaxinka"da yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumi 10 min manat dəyərində oğurluq edilib".
Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib:
"Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi polisindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir".
Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.
Əhməd Oruc hazırda reanimasiyadadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























