Sizin Reklam Burada
Xəbər lenti
14-11-2025
13-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı

Tarix: 15-11-2025 08:38     Baxış: 323 A- / A+
Abşeron rayonunda yeniyetmə oğlan tanışını bıçaqlayıb.

Hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Kristal Abşeron-1" yaşayış kompleksinin yaxınlığında yerləşən "Karizma" adlı geyim mağazasının qarşısında baş verib.

Xırdalan şəhər sakini, 2008-ci il təvəllüdlü Real Ağayev (soyad şərtidir) gecə saat 2 radələrində mağazanın qarşısında tanışları Ayxan və Nizamini sərxoş vəziyyətdə görüb. O, həmin şəxslərə deyib ki, mağazanın qarşısında oturmasınlar, vətəndaşlar narahat olurlar. Sərxoş vəziyyətdə olan Ayxan ona "get işinlə məşğul ol" deyib. Real Ayxan və Nizamidən siqaret istəyib. Ayxan siqaretinin olmadığını desə də, Nizami ona siqaret verib. Bu isə Ayxana pis təsir edib. Sərxoş vəziyyətdə olan Ayxan Reala hücum edərək onu vurmaq istəyib. Hər iki şəxs əlbəyaxa olublar. Həmin vaxt Real üzərində gəzdirdiyi bıçaqla Ayxana iki zərbə endirib və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən Real Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə R.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar