Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Tarix: 14-11-2025 22:22     Baxış: 369 A- / A+
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
 
Manevr.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin tanınmış nümayəndəsi, “Şöhrət” ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci ildə vəfat edib.
 
Kamil Mənsimov 1950-ci ildə Biləsuvarda anadan olub, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. O, uzun illər Azərbaycan MEA Kibernetika İnstitutu və Bakı Dövlət Universitetində çalışıb, riyazi kibernetika və optimal idarəetmə sahəsində fundamental tədqiqatlar aparıb.
 
Professor mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlərin verilməsi, yeni idarəetmə üsullarının işlənməsi və müxtəlif tip sistemlərdə məxsusi idarələrin tədqiqi ilə elmi məktəb formalaşdırıb. Onun rəhbərliyi ilə onlarla mühüm elmi nəticə əldə olunub, 325 elmi əsər, o cümlədən 5 monoqrafiya nəşr edilib. Alim 12 fəlsəfə doktoru yetişdirib.
 
Elmə verdiyi töhfələrə görə Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub./modern
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar