Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda yola çıxıb saçını düzəldən sərxoş qadını maşın vurub öldürdü – Sürücü həbs edildi

Tarix: 11-11-2025 09:00     Baxış: 346 A- / A+

Bakıda Hava Limanı yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın dünyasını dəyişib. Hadisə zamanı onu ard-arda iki avtomobil vurub. Hər iki sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Hadisə bu ilin fevral ayında, gecə saat 03 radələrində baş verib.

1985-ci il təvəllüdlü Günel Şərbətova bacısı və digər qadınla birlikdə taksilə Hava Limanı istiqamətində hərəkət edib. Qadın sərxoş vəziyyətdə olarkən taksini saxlatdıraraq avtomobildən düşüb. Bacısı və digəri də ona kömək etmək üçün maşından düşüblər. Hadisədən əvvəl onların kafedə spirtli içki qəbul etdikləri müəyyən edilib.

Günel Şərbətova yolun kənarı ilə hərəkət edərkən qəfil avtomobillərin hərəkət zolağına çıxıb. Bu zaman onu əvvəlcə “Nissan” markalı taksi vurub. Yerdə hərəkətsiz qalan qadının üzərindən sonradan “Ford Connect” markalı yük avtomobili keçib. Şərbətova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı hər iki sürücü məsuliyyətə cəlb olunub. Mərhumun anası barışıq və maddi təzminat tələb edib. “Nissan”ın sürücüsü ilə mərhumun ailəsi arasında barışıq əldə olunduğuna görə, onun barəsində cinayət işinə xitam verilib.

Lakin “Ford Connect”in 31 yaşlı sürücüsü Müşfiq barışığa razılıq əldə edə bilmədiyi üçün məsuliyyətə cəlb edilib. Mərhumun ailəsi sürücüdən 20 min manat təzminat tələb edib. Müşfiqin ailəsi yalnız 5 min manat ödəyə biləcəklərini bildirib. Tərəflər razılığa gələ bilməyib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə sürücü Müşfiq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (nəqliyyat vasitəsini idarəetmə qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar