Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu: "Zor edirəm" deyib kameraya poz verdi

Tarix: 06-11-2025 18:30     Baxış: 3132 A- / A+
Xətai rayonu, Ağ şəhər ərazisində xoşagəlməz insident yaşanıb.

Nadir Nahid oğlu Cəlilov qarşılaşdığı qanunsuz hərəkətlə bağlı şikayətini bildirib.

Hadisə oktyabrın 5-də saat 21 radələrində "Neptun" marketin yaxınlığında, "AzParking"ə məxsus rəsmi parklanma sahəsində baş verib. N.Cəlilov 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini qanuni park yerində saxlayıb.

Bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən xanım sürücü yaxınlaşaraq, ondan motosikleti kənara çəkməyi tələb edib. Şikayətçi bu yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək xanım sürücünün tələbini rədd edib.

İddiaya görə, cavab olaraq BMW sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.

Nadir Cəlilov hadisə anını mobil telefonu ilə lentə alıb. Qeydə alınan görüntülərdə qadın sürücünün "zor edirəm, çək" deməsi aydın şəkildə eşidilir. Zərərçəkənin sözlərinə görə, sürücü bundan sonra etik normalara uyğun olmayan təhqiramiz ifadələr də işlədib. Lakin Cəlilov həmin hissəni etik olmadığı üçün paylaşmadığını bildirib.

Motosikletin yerə çırpılması nəticəsində onun sürətlər qutusu zərər görüb.

Nadir Cəlilov hadisəyə hüquqi qiymət verilməsini və dəymiş ziyanın ödənilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarından köməklik göstərilməsini xahiş edib. patrul.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar