Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas olundu

Tarix: 03-11-2025 16:16     Baxış: 373 A- / A+

Oktyabr ayının 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmiş və operativ şəkildə hadisə yerinə çatıb.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar