Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı

Tarix: 31-10-2025 23:03     Baxış: 370 A- / A+
Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi Nicat Kazımlı avtomobil qəzasında həlak olub.

Həmyerlimiz motosikletlə hərəkətdə olan zaman təcili yardım maşını tərəfindən vurulub.

Sinopdan gətirdiyi xəstəni Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasında düşürdükdən sonra geri qayıdan təcili yardım maşını yol qovşağında qırmızı işıqda keçib və qəzaya səbəb olub.

19 yaşlı gənc Tibb Fakültəsi Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Nicatın ölümünə bais olan sürücü Şakir Ü. hadisə ilə əlaqədar saxlanılıb və "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə Samsun Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Nicat 3 uşaqlı ailənin sonbeşiyidir. O, ən yüksək balla Türkiyədəki universitetə daxil olmuşdu və artıq 3-cü kursda təhsil alırdı. oxu.az

Manevr.az 

















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar