Xəbər lenti
Toydan sərxoş çıxıb küçədəkiləri söydü, ölümcül bıçaqlandı - Sumqayıtdakı cinayətin TƏFƏRRÜATI
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nicat Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Bayramov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq, N.Bayramova Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzasını şərti hesab edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, N.Bayramov axşam saatlarında dostu ilə birlikdə küçədə itini gəzdirməyə çıxıb. Həmin vaxt onlar Sumqayıt şəhəri, Sülh prospekti ilə hərəkət edərkən, həmin küçədəki "Dədə Qorqud" şadlıq sarayında keçirilən toy mərasimindən sərxoş vəziyyətdə çıxan Santar Hüseynov küçədəki şəxsləri söyərək təhqir edib. Həmin vaxt sərxoş şəxs N.Bayramovu da söyüb və təhqir edib. N.Bayramov ona söyüşlə cavab verib. S.Hüseynov əlini şalvarının belinə ataraq N.Bayramova "səni bıçaqlayaram" deyib və onun üzərinə gəlib. N.Bayramov isə üzərində gəzdirdiyi bıçaqla S.Hüseynova iki zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































