Sizin Reklam Burada
Xəbər lenti
10-05-2026
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?

Tarix: 30-10-2025 20:32     Baxış: 3142 A- / A+
Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?
Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı sahibkar İlqar Xanadanovun qətlində şübhəli şəxs saxlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə oktyabrın 25-də baş verib. Yerli kafelərdən birində aşpaz işləyən şəxslə tanışı, 49 yaşlı İlqar Xanadanov arasında köhnə maliyyə məsələləri ilə bağlı mübahisə yaranıb.
Hər iki şəxs içkili olub. Mübahisə zamanı aşpaz əlindəki baltayla sahibkara baş nahiyəsindən ağır zərbə endirib, nəticədə o hadisə yerində ölüb.
Cinayətdən sonra şübhəli şəxs izləri itirmək üçün iş adamının avtomobilini başqa yerə aparıb, cəsədini isə yol kənarında gizlədib. İlqar Xanadanovun itkin düşməsi barədə məlumat yayıldıqdan sonra onu polis və könüllülər bir neçə gün ərzində axtarıb. İlqarın meyiti oktyabrın 30-da meşəlik ərazidə tapılıb.
Daxili İşlər Nazirliyinin vilayət üzrə rəsmi nümayəndəsi Valeri Qorelıx bildirib ki, saxlanılan şəxs əvvəlcə günahını inkar edib. Lakin poliqraf (yalan detektoru) vasitəsilə dindirmə zamanı hər şeyi etiraf edib və hadisənin təfərrüatlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar