Xəbər lenti
Azyaşlı uşaqlarını görməyə gəldi, keçmiş həyat yoldaşını döydü
Bakıda azyaşlı uşaqlarını görməyə gedən kişi keçmiş arvadını döyüb.Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Şuşa şəhərində anadan olmuş, 1987-ci il təvəllüdlü Yamən Rzayev (soyad şərtidir) 2018-ci ildə ailə həyatı qurub və birgə nikahdan 2019-cu il təvəllüdlü oğlu və 2020-ci il təvəllüdlü qızı dünyaya gəlib. Yamən 2024-cü ildən içki aludəçisinə çevrilib və mütəmadi olaraq evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşı ilə mübahisələr edib. Nəticədə cütlük məhkəmə yolu ilə boşanıb. Məhkəmənin qərarına əsasən, uşaqlar anada qalıblar. Amma buna baxmayaraq, Yamən istədiyi vaxt övladlarını görməyə gəlib və uşaqlarını bir gecə öz yaşadığı evdə də saxlayıb.
Bir müddət əvvəl Yamən qızının yıxılaraq ayağının zədələndiyini eşidib, yenidən uşaqlarını görməyə gəlib. O, həyat yoldaşı və uşaqlarının kirayə qaldığı mənzilə gəlib, həyətdə oğlu ilə görüşüb. Keçmiş həyat yoldaşı evə daxil olub, ayağı zədələnmiş qızını da gətirib atası ilə görüşdürüb. Bir müddətdən sonra keçmiş həyat yoldaşı Yamənin həyətdən çıxmasını tələb edib. Yamən isə etiraz edib, həmin evdə onlarla birlikdə qalmağı təklif edib. Amma qadın buna narazılıq edib və nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə nəticəsində Yamən keçmiş həyat yoldaşına şillə və təpik zərbələri endirib.
Qadın məsələ ilə bağlı polisə məlumat verib. Hadisə yerinə polis əməkdaşları gəliblər və Yamən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Y.Rzayevə bir il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























