Xəbər lenti
İtkin düşən həkimin axtarışları nəticəsiz qalır

Xəzər dənizindəki gəmidə həkim işləyən 33 yaşlı Tural Sultanovun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir.
Bu barədə onun əmisi qızı – jurnalist Ağanisə Sultanova bildirib. Onun sözlərinə görə, xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb.
“Bu barədə də davamlı olaraq ailəyə, əksəriyyətin həkim kimi yaxşı tanıdığı Turalın atası Hüseynağa Sultanova məlumat verilib.
Xilasetmə və axtarışlarda əməyi olan hər kəsə təşəkkür edirik.
Bir aydır, bütün ailənin, atasının, anasının, hamımızın gözü yoldadır... Tək istəyimiz axtarışların nəticə verməsi və Turalın tapılmasıdır”, - deyə jurnalist bildirib. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























