Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı avtoritet "Bek Şəmkirli" Rusiyada həbsxanada vəfat etdi - Şəkillər

Tarix: 24-10-2025 22:20     Baxış: 3179 A- / A+
Kriminal avtoritet, "Bek Şəmkirli" ləqəbli Babək Həsənov Rusiyada vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Babək Həsənov uzun illərdir saxlanıldığı Moskva şəhərindəki cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Məlumata görə, onun azadlığa çıxmasına üç aydan az vaxt qalıbmış.

Ölüm səbəbi ilə bağlı bir-birindən fərqli versiyalar irəli sürülür. Yaxınlarının iddiasına əsasən, Babək Həsənov zəhərlənərək öldürülüb. "Bek Şəmkirli"nin meyiti artıq Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayonunda dəfn olunub.

Qeyd edək ki, Babək Həsənov kriminal aləmdə böyük nüfuza malik şəxslərdən biri sayılıb. Onun qardaşları - Həsən və Cəbi Həsənovlar da eyni çevrəyə yaxın fiqurlardır. Qardaşlardan Cəbi hazırda Rusiyada həbsxanada cəza çəkir.

Həsənov qardaşlarının adı bir neçə kriminal hadisədə hallanıb. Sonuncu dəfə şəmkirli iş adamı Toğrul Tağıyevin Moskvada güllələnərək qətlə yetirilməsi hadisəsində onların adları çəkilirdi.

Məlumata görə, Həsənov qardaşları ilə mərhum Toğrul Tağıyev arasında uzun müddət davam edən şəxsi ədavət mövcud olub. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar