Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəxananın direktoru xəstə baxıcısını döydürüb - İDDİA

Tarix: 23-10-2025 21:13     Baxış: 369 A- / A+
Sabirabad Mərkəzi Xəstəxanasında insident yaşandığı iddia olunur. 

Sabirabad Mərkəzi Xəstəxanasın direktoru Həsən Hüseynov və orda çalışan tibb bacısı arasında insident baş verib.

Fotoda Hüseyn Həsənov

Xəstə baxıcısı xəsxanadakı qanunsuzluqlarla bağlı şikayət etdiyinə görə döyüldüyünü iddia edir:

"Baş tibb bacısı Sima xanım məndən əlavə 400 manat pul istədi, mən də digər aidiyyatı orqanlara şikayət etdim. Həmin pulu xəstaxana rəhbərliyi qanunsuz olaraq məndən istəyirdi. Bundan sonra xəstanxanın direktoru Həsən Hüseynov məni otağına çağırdı və mənimlə biraz söhbət etdikdən sonra məni kadrlar şöbəsinin müdiri Vüqar Aydınlının yanına göndərdi. V.Aydınlı isə mənə bildirdi ki, yazdığım şikayətləri geri götürməliyəm. Mən isə şikayətimi geri götürməyəcəyimi dedikdə əlinin arxa hissəsilə üzümdən vurdu, burnumdan qan açıldı. 

Daha sonra Həsən Hüseynov mənlə məsələni həll etmək üçün məni yenidən çağırdı və bildirdi ki, məni kənd məntəqəsinə işləməyə göndərmək istədi. Mən isə imtina etdim. Ondan sonra isə məni hədələdi ki, əgər işə çıxmasam xüsusi maddə ilə işdən çıxardacaq. İndi isə bütün əsəblərim korlanıb və işsiz qalmışam".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar