Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı kişi ukraynalı sevgilisini Rusiyada üzərinə benzin töküb yandırdı

Tarix: 22-10-2025 08:41     Baxış: 430 A- / A+
Ukraynaya işləməyə gedən azərbaycanlı Rusiyada qətl törədib.

Hadisə Rusiya Federasiyası, Moskva vilayəti, Serpuxov şəhəri, Kosmonavtlar küçəsində baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Ayət Məmmədov (soyad şərtidir) 2015-ci ildə Ukraynaya gedib. O, Ukraynada Şaxnoza Dadacanova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb. Qadının əvvəlki ərindən bir övladı olsa da, cütlüyün birgə münasibətdən də bir uşağı dünyaya gəlib.

2022-ci ilə qədər Ukraynada yaşayan ailə, daha sonra Rusiyaya qayıdıb və Moskva vilayəti, Serpuxov şəhəri, Kosmonavtlar küçəsində yaşamağa başlayıb.

2023-cü ildə cütlük arasında mübahisələr başlayıb və münasibətlər gərginləşib. Ayət qadını öldürməyə qərar verib və bunun üçün plan qurub. O, həmin gün idarə etdiyi avtomobildən benzin çəkərək evə gəlib. Benzini qadının üzərinə tökərək ona od vurub, hadisə yerindən qaçıb.

Qonşuların müdaxiləsi nəticəsində Şaxnoza Dadacanova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının öldüyünü eşidən Ayət dərhal Rusiyanı tərk edib, Azərbaycana qayıdıb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və o, axtarışa verilib.

Axtarış əsasında Azərbaycan polisi araşdırmalara başlayıb və təqsirləndirilən şəxs Ağcabədi rayonunda saxlanılıb.

Faktla bağlı cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Məmmədov 18 il azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar