Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

19 yaşlı Ləman gəlinliyi ilə bağlı davaya görə özünü öldürüb - TƏFƏRRÜAT

Tarix: 21-10-2025 21:50     Baxış: 355 A- / A+
19 yaşlı Ləman gəlinliyi ilə bağlı davaya görə özünü öldürüb - TƏFƏRRÜAT
"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü".
 
Bir neçə gün öncə özünü yaşadığı evdə öldürən 19 yaşlı şəhər sakini Ləman Məmmədlinin atası Murad Bayramovun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir."Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağladılr. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı".
 
Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başlayıb: "Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik geyimidir, amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Artıq çox gec idi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızın canına qıydı".
 
Ölüm hadisəsindən sonra Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, Ləmanın atası buna icazə verməyib:
 
"Görəsən, həyatdan nakam gedən 19 yaşlı qızımın ölümünə görə Elnur və valideynləri vicdan əzabı çəkirlərmi?". modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar