Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Daşkəsəndə altı uşağının səs-küyünə dözməyən kişi arvadını döydü

Tarix: 18-10-2025 22:03     Baxış: 362 A- / A+
Daşkəsəndə uşaqlarının səs-küyündən əsəbiləşən kişi arvadını döyüb.

Hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
41 yaşlı İzzət Muradov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yerə yıxaraq, təpiklə başına zərbələr vurub.

Təqsirləndirilən şəxs bildirib ki, mübahisəyə səbəb arvadının onun sözünə əməl etməməsi və uşaqların səs-küy salması olub:

"Evdə uşaqlar səs-küy salanda tez əsəbiləşirəm və nalayiq sözlər işlədirəm. Əvvəllər də belə olub".
6 uşaq anası olan zərərçəkənin sözlərinə görə əri ilə arasında süfrənin təmiz olmaması səbəbindən mübahisələri olub:

"İzzətə dedim ki, uşaqlar dərs edirlər, mən də kürədə çörək bişirirəm. İşimi bitirib süfrəni təmizləyəcəm. Lakin o, mənimlə mübahisə etdi. Yanından uzaqlaşanda saçımdan tutdu, dartıb yerə yıxdı. Sonra təpiklə başıma zərbələr vurdu. Başımdan qan axırdı. Bu hadisədən sonra polisə şikayət etdim. Əvvəllər də ərim məni döyüb. Lakin məhkəmədə şikayətçi olmamışam. Amma yenə də İzzət hər gün evdə səbəbsiz yerə dava-dalaş salırdı. Məni uşaqlarımın yanında söyüb döyürdü. Həm də məni və azyaşlı qızımızı əxlaqsız adlandırır".

Qadın bildirib ki, 6 uşağının hamısı azyaşlıdır və onları çətinliklə böyüdür. Buna baxmayaraq, əri tərəfindən daim döyülür. Əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir.

Hadisə ilə bağlı İzzət Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən iclasda İzzət Muradovun 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar