Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda iş adamı idman zalında öldü

Tarix: 18-10-2025 10:03     Baxış: 4238 A- / A+

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb. 
Manevr.az xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Tapdıqzadə Toğrul Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamıdır.
Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.
Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. (yenisabah.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar