Sizin Reklam Burada
Xəbər lenti
17-10-2025
16-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının mərkəzində məmur qarət olundu

Tarix: 17-10-2025 20:27     Baxış: 335 A- / A+

Bakıda məmur küçədə qarət olunub.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.
Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda mağazaların birinin yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq "iPhone 14 pro max" markalı telefonunu, həmçinin arxa cibindən 100 manat pulu götürüb.
Zərərçəkənin sözlərinə görə, oğurlanan telefonun içərisində məxfi sənədlər olub və bu hadisəyə görə ona töhmət verilib.
Təqsirləndirilən şəxs isə bildirib ki, oğurladığı 3000 manatlıq "iPhone"u metronun "20 Yanvar" stansiyası yaxınlığında 300 manata satıb.
Faktla bağlı Malik Əsədov barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq zərərçəkmişin cibindən, üzərindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla götürüldükdə) maddəsi ilə cinayət işi açılıb.
Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda verilən qərara əsasən təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar