Sizin Reklam Burada
Xəbər lenti
02-11-2025
01-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Dostum ad günümə kokain hədiyyə etmişdi"

Tarix: 13-10-2025 21:32     Baxış: 360 A- / A+
"Dostum ad günümə kokain hədiyyə etmişdi"Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Yunis Məmmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Yunis bir müddət axtarışda olub və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı gizləndiyi yerdə saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif növ narkotik vasitələrlə yanaşı, kokain də aşkarlanıb.

32 yaşlı müttəhim məhkəmədə 1 qrama yaxın çəkisi olan kokaini ona dostunun verdiyini deyib.
Hakim Hafiz Kamranov isə həmin narkotikin qara bazarda kifayət qədər baha olduğunu, kiminsə marağı olmadan onu boş yerə verməsini inandırıcı hesab etməyib.

"Boş yerə deyildi. Dostum ad günümə hədiyyə etmişdi. Heç 1 qram olmazdı. Amma qara bazarda baha satıldığını bilirəm", - deyə Yunis hakimi maraqlandıran məsələni cavablandırıb.

Proses zamanı şahid qismində dindirilən polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərində kokain olduğunu təsdiq ediblər.

İclas gələn həftə qalan şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, verilmiş ittiham sübuta yetirilsə, təqsirləndirilən şəxsi 12 ilə kimi həbs gözləyir. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar