Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xocavənddə tələ minası aşkarlandı

Tarix: 09-10-2025 10:51     Baxış: 326 A- / A+

Xocavənddə tələ minası AŞKARLANDI


Xocavənd rayonunda istiqamətlə idarəolunan qəlpələnən MON-50 tələ minası aşkarlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Xəbərə görə, Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib.
Meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.
Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşları tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar