Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

İranda siyasi məhbus olan qadın həbsxanada həyatını itirdi

Tarix: 25-09-2025 23:24     Baxış: 371 A- / A+
İranın Varamin şəhərindəki Qarçak həbsxanasında siyasi fəal Sumayyə Rəşidi faciəli şəkildə vəfat edib.

Bu barədə "Azad İran" Teleqram kanalı xəbər verib.

Ailəsinin və onunla bir kamerada qalan məhbusların sözlərinə görə, Rəşidi ağır şəraitdə saxlanılıb və ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Lakin onun tibbi yardım üçün müraciətləri nəzərə alınmayıb və ona yalnız ağrıkəsicilər verilib.

Sentyabrın 16-da Sumayyə Rəşididə qıcolmalar və əzələlərində kəskin ağrılar başlayıb, bundan sonra o huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İnsan hüquqları müdafiəçiləri onun ölümünə görə həbsxana rəhbərliyinin və təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdıqlarını bildiriblər.

Eyni zamanda, İran məhkəmə sisteminin "Mizan Onlayn" nəşri ölüm səbəbini açıqlamayıb, lakin Rəşidinin "Xalq Mücahidləri Təşkilatının üzvü" olmaqda və "milli təhlükəsizliyə qarşı təxribat törətməyə cəhddə" ittiham edib. axar.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar