Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Tarix: 24-09-2025 22:36     Baxış: 330 A- / A+
Kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildiBakıda kafedə çalışan iki qadının davası məhkəmədə yekunlaşıb.

Hadisə 2023-cü ilin yayında Ramana qəsəbəsində yerləşən "Bizim kafe" iaşə obyektində qeydə alınıb.

Dava zamanı qadınlardan birinin başından ağır xəsarət (sağ gicgah sümüyünün sınığı) alması digərinə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmasına səbəb olub.

Araşdırmalar zamanı məlum olub ki, həmin kafedə ofisiant işləyən Zibeydə Kərimova (ad və soyadlar şərtidir) hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Pivə bakalı ilə onun baş və digər nahiyələrinə zərbələr endirən qadın isə 41 yaşlı Tovuz sakini Gültən Cuvarova olub. O isə kafedə müğənni kimi fəaliyyət göstərib.

Qadınlar arasındakı davaya kafenin sahibi Ramazanla sevgili olmaları səbəb olub. Belə ki, Z.Kərimova kişinin onunla birgə olduğu müddətdə müğənni ilə də sevgili olmasını öyrənib. Bundan sonra o, Gültənlə bir neçə dəfə telefonda dalaşaraq mübahisə edib. Hadisə baş verən gün isə Zibeydə gecə saat 00:30 radələrində kafeyə gəlib. O, orada Gültənə hücum edib və qadınlar arasında dava-dalaş başlayıb. Dalaşan qadınları kafenin sahibi Ramazan və onun atası çətinliklə ayırıblar. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses sentyabrın 17-də başa çatıb. Məhkəmədə Gültən ona hücum edən qadına pivə bakalı ilə zərbələr endirmədiyini deyib və onun hansı şəraitdə xəsarət almasını bilmədiyini qeyd edib. Qadın əlbəyaxa mühabisə zamanı dırnağının sındığını da əlavə edib. Əvvəlki ifadələrində şikayətçi olan zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslə oxşar ifadə verib və ondan şikayətçi olmadığını vurğulayıb.

Maraqlı məqam ondan ibarətdir ki, ortada Zibeydənin baş nahiyəsindən xəsarət alması ilə bağlı ekspert rəyi var. Zərərçəkmişin aldığı xəsarətin səbəblərinin araşdırılması üçün materiallar Suraxanı Rayon Prokurorluğuna göndərilib.

Məhkəmə işin hallarını nəzərə alaraq G.Cuvarovaya bəraət verib. Həmçinin onun üzərindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar