Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Skuter qəzalarının əsas səbəbi budur - Ekspert

Tarix: 24-09-2025 09:53     Baxış: 357 A- / A+



Kiçik elektrikli nəqliyyat vasitələri ilə baş verən qəzaların əsas səbəbi, çox təəssüf ki, bu vasitələri idarə edən gənclərin yol hərəkəti və davranış qaydalarını bilməməsidir. Digər tərəfdən, bəzi avtomobil sürücüləri də skuterləri yollarda sıxışdırmağa çalışırlar ki, bu da yolverilməzdir. Əgər skuter avtomobil yolunun sağ zolağı ilə hərəkət edirsə, sürücülər ona şərait yaratmalıdırlar.
Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov skuter qəzaları ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, Bakıda velosiped və elektro skuter mədəniyyəti hələ formalaşmaqdadır:
"Bakı şəhərində velosiped bir yana, elektro skuterlər də nəqliyyat vasitəsi kimi heç vaxt populyar olmayıb. İndi yavaş-yavaş bu zolaqlar yaradılır, xüsusilə gənclər skuterlərə maraq göstərirlər. Biz, həm sürücülər, həm də piyadalar buna hələ adət etməmişik. Bu səbəbdən də qəzaların pik dövrünü yaşayırıq. Amma düşünürəm ki, müəyyən müddətdən sonra yol hərəkəti iştirakçıları skuterləri, mopedləri, velosipedləri də nəqliyyat vasitəsi kimi qəbul edəcəklər və qəzaların sayı azalacaq".
E.Cəfərov əlavə edib ki, skuter və moped sürücüləri elementar qaydalara əməl etməlidirlər:
"Onlar yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidirlər. Sol və orta zolaqlarda sürmək qadağandır. Skuterin ön və arxa fənərləri günün bütün saatlarında yanılı vəziyyətdə olmalıdır. Bu vasitələrlə sərnişin daşınması yolverilməzdir. Eyni zamanda, avtomobil yolunda üstünlük həmişə avtomobilindir, skuterin yox. Artıq 'Yol hərəkəti haqqında' qanunda və İnzibati Xətalar Məcəlləsində bu qaydalar təsbit olunub, cərimələr də mövcuddur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar