Xəbər lenti 
					
 
		Naxçıvan MRX-nın həkimi: Avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb - YENİLƏNİB

Avstobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.
O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər əsasən bud-çanaq sınıqları, (neyrocərrahi problemlər ) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.
Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Qəza nəticəsində 10-da artıq xəsarət alan var.
***
Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.
Manevr.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















